Tüm KategorilerÇok SatanlarYayınevleriYazarlarYurt Dışı SiparişlerSıkca Sorulan SorularBlogSipariş Takibiİletişim
Bağışla

Bağışla

Ağlar gözlüm, baxışların qəm dolu,Dərdin nəydi bilənmədim, bağışla.Ömrüm boyu həsrətinə can dedim,Bir dərdini bölənmədim, bağışla. Hə can dedi, nə haqqımı haqladı,Nə öldürdü, nə yaramı bağladı.Göylər mənim gözlərimə ağladı,Göz yaşını silənmədim, bağışla. Həm solumda, həm sağımda gülüşlər,Dağ-dağ oldu qəm dağımda gülüşlər,Çilikləndi dodağımda gülüşlər,Gül üzünə gülənmədim, bağışla. Ocaq çatdım, kül yeridi üstümdən,Oba köçdü, el yeridi üstümdən,Tufan qopdu, sel yeridi üstümdən,Harayına gələnmədim, bağışla. Bax səsimi laylalara köçürdüm,Haqq səsini laylalara köçürdüm.Nəfəsimi laylalara köçürdüm,Torpağına  bələnmədim bağışla. Döndü könlüm qəm qusuna dolandım,Torpağına mən daşına dolandım.Həsrətinin mən başına dolandım,Ayağında ölənmədim, bağışla. Nə qaranlıg bir ömüre yan dedimSökülsəydi göy üzündə dan dedim.Ömrüm boyu həsrətinə can dedim,Bir dərdini bölənmədim, bağışla. 
Yazar:Gülaye
Sayfa Sayısı:134
Dil:Azerice
Isbn:9786258116885
Boyut:13.5 X 21 Cm
Cilt Tipi:Karton Kapak
Kağıt Cinsi:Kitap Kağıdı
Yayın Tarihi:17.10.2022
90 TL
64,34 TL
Tahmini Kargoya Teslim:
2 gün içinde
Stok Durumu:
Stokta var
Bağışla
Ağlar gözlüm, baxışların qəm dolu,
Dərdin nəydi bilənmədim, bağışla.
Ömrüm boyu həsrətinə can dedim,
Bir dərdini bölənmədim, bağışla.
 
Hə can dedi, nə haqqımı haqladı,
Nə öldürdü, nə yaramı bağladı.
Göylər mənim gözlərimə ağladı,
Göz yaşını silənmədim, bağışla.
 
Həm solumda, həm sağımda gülüşlər,
Dağ-dağ oldu qəm dağımda gülüşlər,
Çilikləndi dodağımda gülüşlər,
Gül üzünə gülənmədim, bağışla.
 
Ocaq çatdım, kül yeridi üstümdən,
Oba köçdü, el yeridi üstümdən,
Tufan qopdu, sel yeridi üstümdən,
Harayına gələnmədim, bağışla.
 
Bax səsimi laylalara köçürdüm,
Haqq səsini laylalara köçürdüm.
Nəfəsimi laylalara köçürdüm,
Torpağına  bələnmədim bağışla.
 
Döndü könlüm qəm qusuna dolandım,
Torpağına mən daşına dolandım.
Həsrətinin mən başına dolandım,
Ayağında ölənmədim, bağışla.
 
Nə qaranlıg bir ömüre yan dedim
Sökülsəydi göy üzündə dan dedim.
Ömrüm boyu həsrətinə can dedim,
Bir dərdini bölənmədim, bağışla.
 
Başa dön
© 2026 | powered by: mufaTech e-ticaret altyapısı